Azərbaycan və Türkiyə müdafiə nazirləri BU MƏSƏLƏLƏRİ MÜZAKİRƏ ETDİLƏR


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə türkiyəli həmkarı Hulusi Akar arasında telefon danışığı olub.
Müdafiə Nazirliyindən verilən xəbərə görə, general-polkovnik Z.Həsənov həmkarını Ermənistan silahlı birləşmələrinin son təxribatlarına qarşı Ordumuz tərəfindən görülən qətiyyətli tədbirlərdən sonra yaranmış əməliyyat şəraiti, eləcə də ordu quruculuğu sahəsində aparılan işlər barədə ətraflı məlumatlandırıb.
H.Akar Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanı dəstəklədiyini və daim yanında olduğunu xüsusi qeyd edib.
Telefon danışığı zamanı həmçinin Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.


MANŞET XƏBƏRLƏRİ