Aqil Sucayev saxlanılıb? - RƏSMİ AÇIQLAMA


Hirkan Milli Parkının direktorunun saxlanılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) açıqlama verilib.

Nazirliyin mətbuat katibi İradə İbrahimova Oxu.Az-a bildirib ki, ağacların kəsilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırma aparılır:

"Şübhəli şəxslər dindirilir. Parkın direktoru haqda yayılan məlumat həqiqəti əks etdirmir".

***

Hirkan Milli Parkının direktoru Aqil Sucayev saxlanılıb.

Turkustan.az xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, parkın direktoru və digər bir neçə əməkdaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Onların hansı səbəbdən saxlanıldıqları barədə rəsmi məlumat verilməyib.


MANŞET XƏBƏRLƏRİ