Kadırovdan təhdid: Sizi Ukrayna cəbhəsinə göndərərəm


Rusiya prezidenti Vladimir Putinin qismən hərbi səfərbərlik elan etməsindən sonra Rusiyadan məhdud sayda da olsa, xeyli insan etiraz aksiyaları təşkil edib. Bununla belə, xeyli insan Türkiyə və Ermənistana birtərəfli aviabilet almaq üçün axın edib.

Turkustan.azxəbər verir ki, Çeçenistan prezidenti Kadırov ölkəsindəki müharibə əleyhinə etirazçıları qohumları ilə birlikdə Ukraynadakı döyüş bölgələrinə göndərməklə hədələyib.

Rəsmi Telegram hesabından açıqlama verən Kadırov, "Bəziləri deyir ki, qismən səfərbərliyə qarşı çıxmalıyıq. Heç kim Putinin qərarını müzakirə etməməlidir, sadəcə ona əməl etməlidir. Hamınızı bu gülünc nümayişlərdən uzaq durmağa çağırıram" dedi.

Putin son aylarda Kadırova general-leytenant rütbəsi vermişdi.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haber7.com


MANŞET XƏBƏRLƏRİ