Tiktokda qadın 60 nəfəri aldatdı: DİN hərəkətə keçdi - Video

Tiktokda qadın 60 nəfəri aldatdı: DİN hərəkətə keçdi - Video

Sosial şəbəkələrdə dələduzluq edən qadın peyda olub.

Turkustan.az Unikal.org-a istinadən xəbər verir ki, Vüsalə Rizvan qızı Qasımova Tiktok sosial şəbəkəsində insanlara lotereya oynamağı təklif edib.

O, həmin şəxslərin hər birindən 200 manat alsa da, vəd etdiyi pulu ödəməyib. Həmin qadının 60 nəfərə yaxın şəxsin pulunu aldıqdan sonra sosial şəbəkə hesablarını bağladığı, nömrəsini isə dəyişdiyi bildirilir.

Hazırda lotereya oynamaq üçün ödəniş edən şəxslər pullarını geri almaq üçün həmin qadını axtarır.

Artıq Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə qarşı dələduzluq edən qadınla bağlı araşdırmalara başlayıb.

DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, araşdırmalar yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək.


MANŞET XƏBƏRLƏRİ