Əsirlikdən qaytarılan ukraynalı əsgərin son görüntüsü hər kəsi ŞOKA saldı - FOTO


Əsir dəyişikliyində ruslardan alınan ukraynalı əsgərin son durumu qanı dondurub. Əsgərin əvvəlki halını və son durumunu əks etdirən fotolar sosial şəbəkədə paylaşılarkən həmin şəxsin qolunun qırıldığı və xeyli yorğun göründüyü müşahidə edilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə apardığı diplomatik ticarət nəticəsində 200 hərbi əsir dəyişdirildiyi açıqlanıb.

Turkustan.azxəbər verir ki, Ərdoğan Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin müharibənin sona çatması istiqamətində mühüm addım olduğunu bəyan edib. Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi Avropa mətbuatında da geniş işıqlandırılıb.

Ərdoğan ötən gün mövzu ilə bağlı verdiyi açıqlamalarda, "Məhkum mübadiləsində 200 ad üzərində dayandıq. Bunlar bizim qonaqlarımızdır və nəzarətimizdədir. Bunlardan biri də Putinin xüsusilə vurğuladığı bir ad idi.

UKRAYNA ƏSGƏRİNİN SON HALI GÜNDƏMDƏDİR

Digər tərəfdən Mariupol/Azovstal mühasirəsində uzun müddət müqavimət göstərən və daha sonra Rusiyaya əsir düşən və nəhayət edilən razılaşma ilə sərbəst buraxılan ukraynalı əsgərin son vəziyyəti sosial mediada gündəm olub.

Əsgərin əvvəlki və son halının fotoları yan-yana paylaşılıb. Arıqladığı və qollarında sınıq olduğu müşahidə edilən əsgərin fotoşəkili görənləri heyrətə salıb.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haber7.com


MANŞET XƏBƏRLƏRİ