Bu günə olan yoluxma sayı - FOTO


Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 149 yeni yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 820 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 809 420 nəfər müalicə olunaraq sağalıb, 9 903 nəfər vəfat edib, aktiv xəstə sayı 1 339 nəfərdir.

Ölkədə son sutka ərzində 2 938, hazırkı dövrədək isə 7 234 280 test aparılıb.


MANŞET XƏBƏRLƏRİ