MİDA-nın yeni mənzillərinin satışı bitdi: Növbəti mərhələ BU TARİXDƏ olacaq


"Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı həyata keçirilib. Sadəcə, vətəndaşların imzalanma prosesi davam edir".

Turkustan.az -ın məlumatına əsasən, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı mətbuat konfransında bildirib.

O qeyd edib ki, vətəndaşların böyük hissəsi mənzil seçimini imzalayaraq, təsdiq edib:

"Mənzil seçimi ərizəsini imzalamayanlara növbəti günün sonuna kimi vaxt verilir. Hər hansı problem olarsa, vətəndaşlara bizim qurum tərəfindən köməklik ediləcək".

F.Qurbanlı əlavə edib ki, sentyabrın 28-i, saat 15:00-da mənzillərin gözləmə qaydası seçimi başlayacaq:

"Bu gün mənzil seçən vətəndaşlar hər hansı bir səbəbdən mənzil əldə edə bilməsələr, həmin gün ev onlara təklif olunacaq. Həmin gözləmədə iki vətəndaş növbəli şəkildə evi seçə bilər. Gözləmədə birinci sırada seçim edən vətəndaşa həmin mənzil təklif ediləcək".


MANŞET XƏBƏRLƏRİ