Jurnalistlərin VIII qurultayında MŞ İdarə Heyətinin yeni tərkibi formalaşdırıldı


Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.

"Report"un xəbərinə görə, səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.

15:12

Mətbuat Şurası İdarə Heyətinin üzvlərinin seçilməsi ilə bağlı səsverməyə yekun vurulub.

Turkustan.az xəbər verir ki, bu barədə Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

O bildirib ki, artıq səsvermə başa çatıb:

"Hazırda Say Komissiyası səslərin sayının hesablanması ilə məşğuldur. Yeni tərkib bir saat ərzində elan olunacaq". (report)


MANŞET XƏBƏRLƏRİ