Jurnalistlərin Peşə Davranışı Qaydalarının adı dəyişdirildi


Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının adı dəyişdirildi.

Turkustan.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Azərbaycan Jurnalistlərinin VIII qurultayında bildirib.

Təklifə əsasən, qaydanın adı yeni versiyada - Azərbaycan Jurnalistlərinin Etik Kodeksi adlandırılacaq.
Müşfiq Ələsgərlinin sözlərinə görə, yeni qəbul olunmuş Media haqqında qanunda da həmin ifadə bu cür göstərilib.

O qeyd edib ki, yeni çağırışlara uyğun olaraq qaydanın adı dəyişdirilir.

Növbəti dəyişiklik isə "Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi ilə əlaqədardır.

Təklif səsə qoyulub və qurultay nümayəndələri tərəfindən qəbul olunub. (modern.az)


MANŞET XƏBƏRLƏRİ