KTMT artıq dağılır: daha 3 ölkə... - Hərbi ekspert detalları açıqladı


Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatı (KTMT) onsuz da formal bir təşkilat idi. Buna heç vaxt ciddi bir təşkilat kimi yanaşma olmayıb. Bu əslində NATO-ya qarşı - rəqib olaraq düşünülmüş bir təşkilat idi. Amma indi görünən odur ki, KTMT artıq son dönəmlərini yaşayır. Ötən gün Qırğızıstan və Tacikistanın KTMT-dan çıxarılması ilə bağlı məsələ qaldırılıb. Bu hər iki dövlət arasında yaşanan son hərbi konfiliktin ardınca onların bir təşkilatda qalmasının mümkünsüzlüyü fonunda vurğulanır. Burada Ermənistanın yanaşmasını da nəzərə alsaq KTMT-nin gələcəyi ilə bağlı suallar yaranır.

Bunu Teleqraf.com-a hərbi ekspert Üzeyir Cəfərov deyib.

Ekspertin firkincə, Ermənistanın məqsədi o idi ki, Azərbaycanla öz arasında olan prosesə mümkün qədər KTMT-nin cəlb edilməsinə nail olsun:

"Amma görünən odur ki, Qırğızıstan KTMT-dən çıxmayacağı təqdirdə Tacikistanın bu təşkilatdan çıxması mümkündür. Bütün bunlar onu deməyə əsas verir ki, 5 KTMT üzvündən 3-ü kənarda qalır. Beləliklə, KTMT Rusiya, Belarus və Qazaxıstandan ibarət olur. Qazaxıstanın isə regionda heç bir halda hərbi proseslərdə yer almayacağını nəzər alsaq, ortada olan mənzərə hər kəsə aydındır".

Üzeyir Cəfərov Azərbaycan-Ermənistan arasında şərti sərhəd bölgəsində ağır döyüşlərdən sonra Ermənistanın müraciəti ilə KTMT missiyasın bölgədə monitorinq həyata keçirməsinə də diqqət çəkib:

"KTMT-nin buradakı missiya qrupu Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması təklifi ilə çıxış edəcəklərini bildirib. Hətta KTMT-nin bu missiyası qrupuna rəhbərlik edən general-polkovnik Anatoli Sidorov Ermənistanla Azərbaycan arasındakı vəziyyətlə bağlı təhlilin aparılacağını açıqlayıb. Bütün bunların fonunda KTMT-nin baş katibi Stanislav Zasın Ermənistana getməsi də formal xarakter daşıyırdı. Burada diqqət çəkən məqam odur ki, KTMT-nin missiya qrupu Azərbyacan-Ermənistan sərhəd xəttinin haradan keçməsi ilə bağlı dəqiq bilgilərə sahib olmaması ilə bağlıdır. 30 il Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozmuş dövlətdir. Ona görə də burada dəqiq sərhəd xətləri üzərində fikir yürütmək olduqca çətindir".


MANŞET XƏBƏRLƏRİ