Daha bir məktəb direktorunun səsyazısı yayıldı


Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktorunun səs yazısı və müəllimlərin ittihamları ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Turkustan.az Trend-ə istinadla xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, məktəbin, müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır.


MANŞET XƏBƏRLƏRİ