Jurnalistlərin VIII Qurultayının iştirakçıları Prezidentə müraciət edib


Azərbaycan Mətbuat Şurasının VIII qurultayının iştirakçıları Prezident İlham Əliyev ə müraciət ünvanlayıb.

"Report"un xəbərinə görə, qurultayda məktubu Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev oxuyub.

10:06

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı öz işinə başlayıb.

Turkustan.az xəbər verir ki, qurultayda lk olaraq sədarət, katiblik, say və mandat komissiyalarının yaradılması nəzərdə tutulur.

Bundan sonra qurultayın iş planı təsdiq ediləcək.

Qurultayın qrafikinə görə, Azərbaycan Mətbuat Şurasının sədrinin hesabatı dinləniləcək.
Ardınca, MŞ-nın Nəzarət-Təftiş Komissiyasının sədri hesabat verəcək.

Daha sonra qurultay nümayəndələri bir sıra məsələlər üzrə müzakirələr aparacaqlar.

Qurultayda Mətbuat Şurasına yeni sədr, idarə heyətinə isə yeni üzvlərin seçiləcəyi gözlənilir. 46 namizəddən 23-nün yeni idarə heyətinə üzv seçilməsi planlaşdırılır.

(publika.az)


MANŞET XƏBƏRLƏRİ