Həyəcan təbili çalır: Xəstəlik insan beynini yeyir və...


Koronavirus epidemiyası və meymun çiçəyi səbəbiylə çox çətin günlər keçirən dünya ictimaiyyəti qlobal iqlim böhranı nəticəsində yarana biləcək yeni viruslardan da narahatdır. Mütəxəssislər ABŞ-da bir çox insanın həyatına son qoyan "beyin yeyən amöba" ilə bağlı xəbərdarlıq ediblər.

ƏVVƏL GÖRÜLMƏYƏN YERLƏRDƏ ORTAYA ÇIXIR

Turkustan.azxəbər verir ki, mütəxəssislər beyin yeyən amöbanın son zamanlar ABŞ-da bəzi yerlərdə ilk dəfə peyda olduğunu və bunun qlobal iqlim dəyişikliyi ilə əlaqəli olduğunu bildiriblər.

KEÇEN AY BİR UŞAĞI ÖLDÜRDÜ

Keçən ay Nebreska ştatında Elkhorn çayında çimməyə gedən uşağın ölümünə beyin yeyən amöba səbəb olub.

Mütəxəssislər iddia edirlər ki, dünya miqyasında su qıtlığı ilə insanlar müxtəlif çaylarda və bataqlıq ərazilərdə su axtaracaqlar və bu sulardakı amöbalar burun vasitəsilə insanların beyninə gedəcək.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haberler.com


MANŞET XƏBƏRLƏRİ