Kadırov xalqı HƏDƏLƏDİ: Aksiyaya çıxan hər kəs cəbhə bölgəsinə göndəriləcək


"Ukraynada müharibə zamanı "respublika planı artıqlaması ilə yerinə yetirdiyinə görə Çeçenistanda səfərbərlik həyata keçirilməyəcək".

Turkustan.azxəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

Kadırovun sözlərinə görə, müharibə başlayandan 20 min çeçen Ukraynaya gedib və bununla da respublika "planı artıqlaması ilə yerinə yetirib". O, hansı plandan danışdığını dəqiq söyləməyib

Bundan əlavə, Çeçenistan rəhbərinin sözlərinə görə, bir gün əvvəl Qroznıda müharibə əleyhinə aksiya keçirməyə cəhd edən 40-a yaxın qadının qohumları artıq səfərbər olunaraq Ukraynaya göndərilib.

O, həmçinin hədələyib ki, "mitinqə çıxan hər kəs, yaxud onların ərləri və uşaqları cəbhə bölgəsinə göndəriləcək". /konkret.az/


MANŞET XƏBƏRLƏRİ