Səfərbərlik Rusiyaya 1,3 trilyon rubla başa gələcək


Səfərbərlik Rusiya Federasiyasının büdcəsinə hər il ən azı 1,3 trilyon rubla başa gələcək.

Turkustan.azbildirir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak "Telegram"da məlumat verib.

Onun sözlərinə görə, eyni zamanda Rusiyada defisit artır, büdcə gəlirləri isə sanksiyalara görə azalır.

"Səfərbərlik Rusiya büdcəsinə hər il ən azı 1,3 trilyon rubla başa gələcək. Kəsir artır, sanksiyalara görə gəlirlər azalır. Axmaqlıq həmişə çox baha başa gəlir", - Yermak yazıb.

Xatırladaq ki, Rusiyada qismən səfərbərlik elan edilib. /.bakupost.az/


MANŞET XƏBƏRLƏRİ