İrandakı aksiyalarda ölənlərin sayı 30-u keçib


"Iran Human Rights" qeyri-hökumət təşkilatı ölkədə davam edən etiraz aksiyaları zamanı ölənlərin sayını açıqlayıb.

Turkustan.az xəbər verir ki, təşkilatın yaydığı məlumata görə, İranda 6 gündür davam edən aksiyalarda azı 31 nəfər həlak olub.

Ölü sayının artacağı istisna edilmir.

***

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etiraz aksiyalarında ölənlərin sayı açıqlanıb.

"Iran International" xəbər verir ki, bütün ölkəni əhatə edən aksiyalar zamanı azı 10 nəfər həlak olub.

Etirazçılar polislə qarşıdurma zamanı güllələnib. Yaralıların sayı barədə hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda genişmiqyaslı etirazlara səbəb olub. Qadınların çoxluq təşkil etdiyi aksiyalarda məcburi hicab tələbinin aradan qaldırılması tələb olunur. (modern.az)


MANŞET XƏBƏRLƏRİ