Separatçıların əski parçası "Yerablur"dan GÖTÜRÜLDÜ


İrəvanda ölən erməni hərbçilərinin basdırıldığı "Yerablur" məzarlığından Qarabağdakı separatçıların əski parçası götürülüb.

Turkustan.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məsələ aktivist Aram Gevorqyan tərəfindən ictimailəşdirilib. O bildirib ki, məzarlıqda ancaq Ermənistanın dövlət bayraqları asılıb:

"30 ildir ki, orada iki "bayraq" yanaşı "dalğalanıb". İndi "arsax"ı "Yerablur"da cəsədlərdən başqa heç nə təmsil eləmir. Görünür, bu barədə əmri Nikol Paşinyan verib. Yəqin ki, baş nazir "arsax"ı ona xatırladan heç nəyi görmək istəmir".

Aram Gevorqyan separatçıların əski parçasının Ermənistanın 21 sentyabrdakı "müstəqillik günü"ndən öncə götürüldüyünü iddia edib. (modern.az)


MANŞET XƏBƏRLƏRİ