"Rusiya Ukraynaya müharibə təzminatı ödəməlidir, amma..." - Politoloqdan açıqlama


"Rusiya Ukraynaya müharibə təzminatı ödəməlidir". Bu barədə Polşa Prezidenti Anjey Duda BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib. O, həmçinin əlavə edib ki, dünya ictimaiyyəti günahkarların mühakimə olunması və cəzalandırılması üçün bütün imkanlardan istifadə etməlidir.

Bəs, Rusiyanın Ukraynaya təzminat ödəməsi nə dərəcədə realdır? Bunun üçün dünya birliyi hansı addımları atmalıdır? Ümumiyyətlə Putinin beynəlxalq mühakiməsi mümkündürmü?

"Beynəlxalq qanunlara nəzər salsaq, əlbətdə ki, Rusiya Ukrayna ərazilərini işğal etdiyinə, Ukrayna dövlətinin infrastrukturunu böyük ölçüdə məhv etiyinə, on minlərlə insanını qırdığına, milyonlarla insanını didərgin saldığına görə birmənalı təzminat ödəməli və bu işğalı, bu qətlləri, bu dağııntıları həyata keçirənlər mühakimə olunmalıdır".

Bu sözləri Turkustan.az-a açıqlamasında politoloq Bəhram İsmayılov söyləyib.

O bildirib ki, tarixdə, xüsusən 20-ci əsrdə bunun kifayət qədər nümunələri var: "İstər, faşişt Almaniyası rəhbərlərinin, istər, serb qatillərinin baş tutan mühakimələri buna sübutdur.Lakin, nəzərə alaq ki, baş tutmuş beynəlxaq məhkəmələr və mühakimələr cinayətkar işğalçı dövlətlərin yalnız tamamilə məğlubiyyətindən sonra mümkün olur.Ona görə də, təəssüflə qeyd etməliyəm ki, bu gün onlarla beynəlxalq cinayət törətmiş Rusiya dövləti və onun başında dayananların mühakiməsi hələlik real görünmür.Rusiya tam məğlub edilməyib və Rusiyada Putin hakimiyyəti hələlik mütləq hakimdir.Amma, istər Ukraynada, istərsə digər dövlətlərdə törətdiyi cinayətlərə görə onların bir gün hüquq qarşısında cavab verəcəkləri də mütləqdir".


MANŞET XƏBƏRLƏRİ