"O, Baydendirsə, mən də Ərdoğanam" - Türkiyə liderindən CAVAB


"Yox, o Baydendirsə, mən də Ərdoğanam".

Turkustan.az xəbər verir ki, BMT Baş Assambleyasının iclasında iştirak üçün Nyu Yorkda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin sualına cavab olaraq belə deyib.

"Baydenlə görüşəcəksinizmi?" sualına "Qəbulda iştirak edəcəyəm" cavabı verən Türkiyə prezidentinə təkrar "Görüşmək istərdinizmi?" sualı ünvanlanıb.

"Yox, niyə, əgər o Baydendirsə, mən də Ərdoğanam",- deyə, Türkiyə lideri "Röyter" agentliyinin sualına cavabda qeyd edib.

(teleqraf.com)


MANŞET XƏBƏRLƏRİ