Kəlbəcər rayonunun Tirkeşəvənd kəndində avtomobili aşıb.
Turkustan.az"Report"a istinadən xəbər verir ki, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1993-cü il təvəllüdlü Tural Əliyev və 1982-ci il təvəllüdlü Ramiz Əmrahov müxtəlif bədən xəsarətləri alıblar.
Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.