Azərbaycanda bu günə olan koronavirus STATİSTİKASI - FOTO


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 259 yeni yoluxma faktı qeydə alınıb, 312 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 7 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 819 847 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 808 362 nəfər müalicə olunaraq sağalıb, 9893 nəfər vəfat edib, aktiv xəstə sayı 1592 nəfərdir.

Son sutka ərzində 3856, hazırkı dövrədək isə 7 221 407 test aparılıb.


MANŞET XƏBƏRLƏRİ