Ermənilərin 6 min mal-qarası Azərbaycan ərazisində qaldı


Ermənistanın təxribat hücumundan sonra baş verən sərhəd toqquşması zamanı Azərbaycan ordusunun nəzarəti bərpa etdiyi ərazilərdə otlaq və əkin sahələri ilə yanaşı, mal-qara da qalıb.
Turkustan.az
xəbər verir ki, erməni təxribatına cavab əməliyyatı nəticəsində Ordumuz bir sıra mühüm strateji yüksəkliklərə nəzarət imkanı əldə edib edib, o cümlədən, Ermənistanın işğal dövründə irəli çəkdiyi dövlət sərhədinin bir qismini bərpa edib.
Bunlardan biri də Cermuk (İstisi) istiqamətidir. Ermənilər işğal dövründə Kəlbəcər istiqamətində irəli çəkdiyi dövlət sərhədindəki əraziləri yaylaq olaraq istifadə edirlərmiş.
Ermənistan mediasının məlumatına görə, Kəlbəcər dağlarında erməni fermerlərin 6000 baş mal-qarası olub. Gorusun Nerkin Xndzoresk icmasının rəhbəri Yervand Malunts deyir ki, Kəlbəcər istiqamətində ermənilərin mal-qara fermaları var idi.
"Bu ərazilər yaylaq olaraq istifadə edilirdi. Sentyabrın 12-dən 13-nə keçən gecə qarşıdurma başlayanda fermerlər razılaşdılar ki, səhər mal-qaranı çlıxarsınlar, amma sühb çağı artıq o ərazilər Azərbaycanın nəzarətində idi. Həmin ərazilərdə 6 min iribuynuzlu hevan və qoyun qalıb. Bu mal-qara kənd camaatının yeganə gəlir yeri idi", - Y.Malunts deyib. (publika.az)


MANŞET XƏBƏRLƏRİ