Qurban Qurbanovun oğlu 4 qol vurdu


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 7-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib.

Turkustan.az matc.az-a istinadən bildirir ki, o, 7:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Futbolçularımı təbrik edirəm. Çox yaxşı performans göstərdilər. Vacib qalibiyyət idi. Hesabda irəli olsaq da, oyunçular dayanmırdılar. Oyunçular sıx qrafikdə çox əziyyət çəkdilər".
Qurbanov bu görüşdə 4 qol vuran oğlu Musa Qurbanlı haqqında danışıb: "Musa ilk olaraq "Qarabağ", daha sonra milli üçün hazır olmalıdır. Yığmanın öz rəhbərliyi var. Bu barədə fikir bildirə bilmərəm. Qol vuran futoblçuya maraq çox olur. Bu gün 4 qol vurması tam hazır olması demək deyil. Mənim üçün vacib olan stabil göstəricilərdir. Hazırlıq mərhələləri var, bunların hamısını keçməlidir. Burda çempionat, avrokubok oyunları var. Psixoloji amil vacibdir. Gündən günə inkişaf varsa, yaxşılığa doğru gedir. Öz üzərində çox çalışmalıdır. Məşqçilər olaraq bütün oyunçuların idman formasını yaxşılaşdırmaq istəyirik".


MANŞET XƏBƏRLƏRİ