Qışda vəziyyət necə dəyişək? - ÜST proqnoz verdi

Qışda vəziyyət necə dəyişək? - ÜST proqnoz verdi

Avqustun əvvəlindən etibarən COVİD-19 yoluxmalarında azalma tendensiyası müşahidə olunur.

Turkustan.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi ən son həftəlik COVİD-19 hesabatında bildirilib. Qeyd olunub ki, 5-11 sentyabr tarixlərində dünya miqyasında COVİD-19-a yoluxanlar əvvəlki həftə ilə müqayisədə 28, ölüm halları isə 22 faiz azalıb. ÜST-ün yaydığı məlumata görə, ölüm hallarının azalması virusun yeni variantlarının daha az ölümcül təsiri ilə bağlıdır. Bununla belə Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Marqaret Harris əlavə edib ki, qış aylarında yoluxmalarda azalma tendensiyasının qırılma ehtimalı var.

“Bu virus hər mövsüm insan orqanizminə keçə bilər, lakin havalar soyuyanda insanlar daha çox qapalı yerlərdə vaxt keçirməyə meyllidirlər. Ona görə də qış aylarında virusun yoluxma riski daha yüksək olur.

Epidemiyanın 32 aylıq dövründəki təcrübəmizə əsaslanaraq, yoluxmaların mümkün artımını nəzərə alaraq ölkələr üçün bir təlimat hazırladıq. Xüsusilə risk qrupuna daxil olan insanların peyvəndlənməsini tövsiyə edirik.

Qış mövsümündə COVİD-19-dan başqa digər epidemiyalar da artır. Bu dövrdə xəstəxanalarda ən yüksək sıxlıq yaşanır. Havalar soyumağa başladığı üçün xəstəxanaların da imkanlarını artırmalıyıq. Səhiyyə, işçi qüvvəsi və avadanlıqların təkmilləşdirilməsi həyati əhəmiyyət kəsb edir. İndi bu tədbirləri görməyin vaxtıdır” , - Harris qeyd edib.

ÜST-ün Avropa direktoru Dr. Hans Kluqe həmçinin qışın başlaması ilə xəstələrin artacağını proqnozlaşdırıb və Avropada ümumi COVİD-19 yoluxmaların 250 milyona çatacağını gözlədiklərini qeyd edib.(publika.az)


MANŞET XƏBƏRLƏRİ