İranda hicaba görə öldürülən gənc qızın dəfnində bütün qadınlar baş örtüyünü çıxardı - VİDEO


Ötən gün İranda dəhşətli hadisə baş verib.
İranda hicab geyinmədiyi üçün polis tərəfindən döyülən Məhsa Emini həyatını itirib.
Turkustan.az xəbər verir ki, Emininin dəfn mərasimində iştirak edən yüzlərlə qadın İran polisinə etiraz olaraq hicablarını çıxarıb.

Qeyd edək ki, İranda əxlaq polisi 22 yaşlı Məhsa Emini hicabını düzgün geyinmədiyi üçün vəhşicəsinə döyüb. Əxlaq polisi tərəfindən vəhşicəsinə döyülən gənc qadın komaya düşüb. Xəstəxanaya çatdırılan Məhsa Emini dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Hicabı düzgün geyinmədiyi üçün döyülən qadın 22 yaşında dünyasını dəyişib.

Mehsanın ölümü bütün ölkədə və dünyada böyük əks-səda doğurub. Mehsanın dəfn mərasiminə qatılan yüzlərlə qadın hicablarını çıxararaq etiraz ediblər. (musavat.com)


MANŞET XƏBƏRLƏRİ