Japarov xalqa SƏSLƏNDİ: "Əcdadlarımızdan bizə qalan torpaqların bir qarışını da verən deyilik"


Qırğızıstan Prezidenti Sadır Japarov Tacikistanla sərhəddəki vəziyyətlə bağlı xalqa müraciət edib.

O bu barədə sosial şəbəkələrdəki səhifələrindən yazıb.

Prezident toqquşmalar zamanı həlak olan hərbçilərin ailələrinə başsağlığı verib.

O, sərhəddə insident hallarının delimitasiya prosesinin başa çatmamasından qaynaqlandığını əlavə edib.

"Sərhəd problemi yoluna qoyulmayıb, ona görə toqquşmalar baş verir. Əcdadlarımızdan bizə qalan torpaqların bir qarışını da verən deyilik", - o deyib.

APA


MANŞET XƏBƏRLƏRİ