Kraliçaya aid olduğu deyilən görüntülərin altından fərqli faktlar çıxdı - VİDEO


İngiltərə kraliçası II. Elizabethin Keniyada uşaqlara pul atması iddiası ilə paylaşılan videonun başqasına məxsus olduğu ortaya çıxıb. Vyetnamlı uşaqlara pul atarkən görüntülənən qadınların o vaxtkı Fransa müstəmləkə general-qubernatoru Pol Dumerin həyat yoldaşı Blanş Dumer və qızı olduğu ortaya çıxıb.

Kraliça Elizabetin ölümündən sonra internetdə çoxlu videolar paylaşılır. Həmin videolardan biri də iki qadının uşaqlara pul atdığı anların videosudur. Kraliça bir Afrika ölkəsində uşaqlara pul paylayarkən bu görüntülər illərdir təqdim olunur. Amma məsələnin həqiqəti fərqli olub.

FRANSIZ MÜSTƏMLƏKƏLƏRİNİN QUBERNATORUNUN VİDEOSU

Müasir kinonun ixtiraçıları kimi tanınan Lümyer qardaşlarının kataloqunda yer alan məlumata görə, video fransız rejissor Qabriel Veyrəyə məxsusdur. "Enfants annamites ramassant des sapèques devant la pagode des dames" adlı qısametrajlı filmin 1899-1900-cü illər arasında çəkildiyi anlaşılır. Vyetnamda çəkilmiş qısametrajlı Veyre filmində vyetnamlı uşaqlara pul atan qadınlar Blanş Dumer və onun qızı, o zamankı Fransanın müstəmləkəçi general-qubernatoru Paul Doumerin həyat yoldaşıdır. Film 1901-ci il yanvarın 20-də Fransada nümayiş etdirilmişdir.

KRALIÇA DOĞULMADAN ƏVVƏL ÇƏKİLİB

İngiltərə kraliçası II. Elizabetin 21 aprel 1926-cı ildə doğulduğunu və sözügedən filmin 1899-1900-cü illər arasında çəkildiyini nəzərə alsaq, görüntülərdəki məlum oldu ki, qadın II Elizabet deyil.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: Haberler.com


MANŞET XƏBƏRLƏRİ