Şanxay Sammitində prezident Ərdoğanı gözləyən Putinin görüntüləri


Özbəkistanda keçirilən Şanxay Sammitində iştirak edən prezident Ərdoğan Rusiya prezidenti Putinlə bağlı qapılar arxasında görüş keçirib. Görüşdən az əvvəl Putinin bir müddət Ərdoğanı gözlədiyi anlar sosial medianın gündəminə düşüb. Oxşar görüntülər Tehranda keçirilən Astana sammitində də ortaya çıxıb.

Turkustan.azxəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şevkət Mirziyoyevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısına xüsusi qonaq qismində qatılıb. Dünən ağacəkmə mərasimindən sonra "Əbədi Şəhər" kompleksinə gələn prezident Ərdoğan Rusiya prezidenti Vladimir Putin, İran prezidenti İbrahim Rəisi, Azərbaycan prezidenti İlham Əliyev, Tacikistan prezidenti İmaməli Rəhman, Belarus prezidenti Aleksandr Lukaşenko və digər liderlərlə görüşüb.

Bu gün sammitdə ikitərəfli danışıqlar başlayıb. Prezident Ərdoğanla Rusiya prezidenti Putin arasında bağlı qapılar arxasında keçirilən görüş 40 dəqiqə davam edib. Görüşdən bir qədər əvvəl Putinin Ərdoğanı gözlədiyi görüntülər sosial mediada gündəm olub.

BƏNZƏR GÖRÜŞLƏR TEHRANDA YAŞANDI

İyul ayında Tehranda keçirilən üçtərəfli sammitdə də oxşar görüntülər yaşanıb və həmin anların görüntüləri dünyanın gündəminə düşüb.

ƏRDOĞANA TƏŞƏKKÜR ETDİ

Görüşdən sonra verdiyi açıqlamalarda Türkiyə ilə Rusiya arasında bir çox sahədə araşdırmalar apardıqlarını ifadə edən Putin, "İlk növbədə (BMT Qida Proqramı) ərzaq proqramının həyata keçirilməsinə verdiyiniz töhfəyə görə bir daha təşəkkür edirəm. Ümid edirik ki, Ukrayna taxılının əhəmiyyətli bir hissəsi ən kasıb ölkələrə gedəcək. Bu, indiyədək əldə olunmayıb". dedi.

Putin'in Şangay Zirvesi'nde Cumhurbaşkanı Erdoğan'ı ayakta beklediği görüntüler gündem oldu

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haberler.com


MANŞET XƏBƏRLƏRİ