SON XƏBƏR: Təbrizdə Azərbaycana dəstək mitinqi keçirildi - VİDEO


Güney Azərbaycanın mərkəzi şəhəri Təbrizdə Ermənistannın Azərbaycana qarşı hərbi təxribatı, İran hökumətinin Ermənistanı dəstəkləməsinə qarşı kütləvi aksiya keçirilib.

Turkustan.azxəbər verir ki, aksiyaçılar düşmənin başını əzən Azərbaycan ordusuna dəstəklərini ifadə ediblər.

Həmçinin, İran rəhbərlərinin son günlər Ermənistanı açıq dəstəkləməsi, Azərbaycana qarşı savaşan, Azərbaycan həbrçilərini şəhid edən Ermənistanı PUA-larla təchiz etməsinə qarşı çıxışlar olub. Aksiyaçılar etirazlarını bu şüarla səsləndiriblər: "Erməni cinayət eləyir, İran himayət eləyir", "Yaşasın Azərbaycan".

Aksiyadan çəkilmiş videonu təqdim edirik:


MANŞET XƏBƏRLƏRİ