Türkiyə mediası: Erməni təxribatının pərdəarxası 2000 rus əsgərinin...


Ermənistanın təxribat cəhdlərinin arxasında dayanan səbəbləri şərh edən ekspertlər "Bunu Rusiyanın Cənubi Qafqaz vasitəsilə Avropa və ABŞ-a vermək istədiyi mesaj kimi də şərh etmək olar" fikrini bölüşürlər.

Turkustan.azxəbər verir ki, Ermənistanın təxribatçı təşəbbüslərinin arxasında dayanan səbəbləri şərh edən ekspertlər "Dünyada baş verən proseslərin, xüsusən də Rusiyanın üzləşdiyi sanksiyaların, Rusiya-Ukrayna müharibəsi ilə birlikdə Cənubi Qafqazda hadisələrin inkişafına təkan verdiyini söyləmək olar. Əslində, 2000 rus sülhməramlısının xidmətdə olduğu bölgədən kənarda belə bir təxribatın reallaşması Rusiyanın Cənubi Qafqaz vasitəsilə Avropa və ABŞ-a vermək istədiyi mesaj kimi də şərh edilə bilər.

Prof. Dr. Yıldız Dəvəci Bozkuş AA Analysis üçün Azərbaycan və Ermənistan arasında münaqişələrin yenidən başlamasının səbəb və nəticələrini yazıb.

2020-ci ildə Cənubi Qafqazda başlayan və 44 günlük Qarabağ zəfəri ilə başa çatan münaqişələrdən sonra, məhz regionda sülh axtarıldığı bir vaxtda Ermənistan-Azərbaycan münasibətlərində gərginlik yenidən qızışmağa başlayıb.

İki ölkə münasibətlərində əldə olunan razılaşma ilə normallaşma prosesinin başladığı bir vaxtda 12 sentyabrda sərhəd məntəqələrində başlayan qarşıdurmalarla bölgədə gərginlik artıb. Beynəlxalq ictimaiyyət iki ölkənin ciddi itki verdiyi münaqişələrlə bağlı təmkinli olmağa çağırsa da, Ermənistan administrasiyası Təhlükəsizlik Şurasını paytaxtda toplayıb.

Hazırladı: Eltac Züflqaroğlu/Turkustan.az

Mənbə: haber7.com


MANŞET XƏBƏRLƏRİ