Prezident Ərdoğan sabah Putinlə görüşəcək


Kremlin sözçüsü Dmitri Peskov prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin sabah görüşəcəyini açıqlayıb.

Turkustan.azxəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov, prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Zirvə Toplantısı çərçivəsində başda iqtisadiyyat olmaqla, bir çox mövzunu müzakirə edəcəklərini bildirib. Görüş sabah olacaq.

Peskov, "Liderlər telefon da daxil olmaqla, davamlı dialoq aparırlar. Türkiyənin son dərəcə müsbət rol oynadığı taxıl kimi bir çox mövzu müzakirə olunur. Ərdoğan və Putin görüşündə bir çox mövzu müzakirə olunacaq. Səmərqənddə keçiriləcək görüşün mühüm hissəsi iyulun 5-də Soçidə keçiriləcək və Türkiyədə əldə olunmuş razılaşmaların davamı olaraq iqtisadi məsələlərə həsr olunacaq.

Zirvə çərçivəsində Putinlə Çin Dövlət Başçısı Si Cinpin arasında görüş olacağını bildirən Peskov bu məlumatları verib: "Çinin Ukraynaya yanaşması balanslıdır və Rusiyanın xüsusi hərbi əməliyyat keçirmək öhdəliyinin səbəblərini anlayır. Təbiidir ki,, liderlər, ikitərəfli strateji tərəfdaşlıq daxilində görünməmiş etimad səviyyəsini müsbət qiymətləndirəcəklər."

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haberglobal.com.tr


MANŞET XƏBƏRLƏRİ