İranlı millət vəkili: Azərbaycanı dayandırıb Ərdoğana dərs verməliyik - FOTO


İranlı millət vəkili Hidayət Xademi sosial media hesabında prezident Rəcəb Tayyib Ərdoğan və Azərbaycanla bağlı hədsiz paylaşım edib.

İranlı millət vəkilləri hər dəfə Türkiyəyə və prezident Rəcəb Tayyib Ərdoğana qarşı olduqlarını nümayiş etdirməkdə davam edirlər.

İranın ABŞ və İsrailə qarşı gücünü dünyaya göstərməli olduğunu deyən Xadəmi "İran ordusu Azərbaycana da sərt yumruq vurmalıdır" deyib.

"Yeni Şəfəq"in xəbərinə görə, Xademi "Dünyaya gücümüzü göstərmək istəyiriksə, ABŞ, sionist rejim və xəyalpərəst Ərdoğana dərs verməliyik. Ordumuz dərhal Əliyevin ağzına yumruq atmalıdır", - deyə o bildirib.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə:haber7.com


MANŞET XƏBƏRLƏRİ