Bakının mərkəzində 2100 şam yandırılıdı - MARAQLI FESTİVAL/VİDEO


Bu gün paytaxtın Fəvvarələr meydanında "Şam festivalı" keçirilib.
Turkustan.az xəbər verir ki, maraqlı tədbir Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr edilib.
"Şam festivalı" üçün Yaponiyadan xüsusi olaraq 2100 ədəd şam gətirilib. Şamların saçdığı möhtəşəm ab-hava insanlara xoş əhval-ruhiyyə bəxş edib.
Festivalda Yaponiyanın ölkəmizdəki səfiri və səfirliyin əməkdaşları da iştirak ediblər.
Qeyd edək ki, bu layihə 1300 il bundan öncə Nara prefekturasında təşkil olunan "Nara şam festivalı"nın tərkib hissəsidir və geniş əraziyə malik Nara parkı boyunca 20 min yanan xüsusi şamın düzülməsi ilə həyata keçirilir.
1999-cu ildən etibarən keçirilən və 10 gün davam edən bu tədbirə adəti üzrə 90 min ziyarətçi yığışır.
Bu günədək bu tədbir Avstraliya, ABŞ, Vyetnam, Cənubi Koreya və digər ölkələrdə təşkil edilib.

Bizim.Media


MANŞET XƏBƏRLƏRİ