Fransa mediasından Ərdoğana tərif: “Böyük vasitəçi”

Fransa mediasından Ərdoğana tərif: “Böyük vasitəçi”

Fransanın “Le Monde” qəzetində prezident Rəcəb Ərdoğanla bağlı yazılan məqalədə Ərdoğanın Ukrayna və Rusiya ilə yaxşı əlaqələr quran böyük bir vasitəçi olduğu bildirilib.

Turkustan.az xəbər verir ki, Fransanın “Le Monde” qəzetində dərc olunan məqalədə Fransa prezidenti Emmanuel Makronun Ərdoğanı qısqansa da, prezident Rəcəb Tayyib Ərdoğanın Ukrayna və Rusiya ilə yaxşı münasibətlər qurmağı bacaran böyük vasitəçi olduğu bildirilib. Qəzetdəki Alen Fraxonun “Ərdoğan böyük vasitəçidir” başlıqlı məqaləsində prezident Ərdoğanın Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətlərinin olduğu bildirilib.

Frakon məqaləsində yazır ki, “Fransa prezidenti həqiqəti deyir. Türk həmkarı ruslar və ukraynalılar üçün əlaqə adamı. Aralıq dənizi ilə Qara dənizi birləşdirən boğazların açarı Ərdoğandadır.” Ərdoğan özünü vasitəçi kimi qələmə verib. Yan-yana, amma hamı ilə yaxşı. Xarici siyasətdə realist məktəbin müdafiəçiləri bir az paxıllıqla da olsa, ustadı salamlayırlar”.

Ərdoğanın həll yolları gətirən beynəlxalq addımlarını sadalayan Fraxon, "Türkiyənin vasitəçiliyi Ukrayna limanlarına Yaxın Şərq və Afrikaya taxıl ixracı üçün limanları açmağa başlamağa imkan verdi. Rusiya işğalçı qoşunları BMT müfəttişlərinin Zaporojya atom elektrik stansiyasına göndərilməsinə kömək edib.

İyulda Türkiyə prezidentini Soçidə rusiyalı həmkarı qəbul edib, onlar gücləndirilmiş iqtisadi tərəfdaşlığa imza atıblar. Avqust ayında Zelenski Lvovda Ərdoğanı və hökumətinin bir hissəsini uzun bir iş sessiyası üçün qarşılıyıb”.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: cnnturk.com


MANŞET XƏBƏRLƏRİ