Ermənistandan təxribat: Türkiyə sözünü silirlər - VİDEO+FOTO


Türkiyə ilə Ermənistan arasında geriləmə ilə nəticələnəcək yeni bir hadisə baş verib. Ermənistanın baş naziri Nikol Paşinyanın "Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istəyirik" deməsinə baxmayaraq, hakimiyyətin Ermənistan ərazisindən keçən türk yük maşınlarını saxladığı və yük maşınlarının arxasında "Türkiyə" yazısının silindiyi görüntülər ortaya çıxıb.

Turkustan.azxəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan dünən verdiyi açıqlamada "Rusiyanın köməyi ilə Türkiyə ilə münasibətləri yaxşılaşdıracağımıza ümid edirik" deyib. Türkiyə-Ermənistan münasibətləri normallaşma mərhələsində olarkən münasibətləri sarsıda biləcək bir inkişaf var idi. Ermənistan ərazisindən keçən türk yük maşınlarının qarşısını alan erməni polisi yük maşını sürücülərinə yük maşınlarının arxasındakı "Türkiyə" yazısını sildirib.

NORMALLAŞMA PROSESİ 2021-ci İLDƏ BAŞLAYIB

2021-ci ilin dekabrında başlayan normallaşma prosesi çərçivəsində iki ölkə xüsusi nümayəndələr təyin etdi və bu nümayəndələr ilk dəfə yanvar ayında görüşdülər. Normallaşma prosesi çərçivəsində Ermənistan hökuməti yanvarın 1-dən Dağlıq Qarabağ müharibəsindən sonra Türkiyə mallarına tətbiq edilən embarqonu dayandıracağını açıqlayıb. Fevral ayından etibarən iki ölkə arasında birbaşa uçuşlar başlayıb.

Ermenistan'dan ilişkileri sarsacak hareket! ''Turkey'' yazılarını sildirdiler

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: haberler.com


MANŞET XƏBƏRLƏRİ