Oktyabrda ət və süd məhsullarının qiyməti bahalaşacaq - Ekspertdən HƏYƏCAN TƏBİLİ


"Bu süni yox, təbii bahalaşma olacaq, çünki dünya bazarında taxılın qiyməti artıb və bahalaşmaqda davam edir. Dünya bazarı standartlarına baxsaq, orada da hər şeyin maya dəyərindən asılı olduğunu görəcəyik. Xammalın qalxması son istehsal məhsullarında da özünü göstərir. Yəni bazarda yemin qiyməti bahalaşıbsa, bu əlaqəli bütün sektorlara öz təsirini göstərəcək. Yay mövsümündə ətə, südə və yumurtaya tələbat azaldığı üçün qiymət artımı nisbətən ləngidi. Lakin payızdan qışa doğru sadalanan məhsullarda qiymət artımını görə biləcəyik".

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada Kənd Təsərrüfatı üzrə ekspert Elçin Bayramlı səsləndirib.

Ekspertin sözlərinə görə sadalanan məhsulların bahalaşmasının qarşısının alınması yalnız bir halda mümkün ola bilər:

"Azərbaycanda istehsal olunan taxılın böyük bir qismi demək ola ki, çörək istehsalına yaramır. Gübrələrin qiyməti 4-5 dəfə bahalaşdığına və suvarma xərcləri artdığına görə maldarlıq üçün həcm baxımından xeyli taxıl ehtiyatımız olsa da, qiymət baxımından bahadır. Sadalanan məsələlər tənzimləndiyi zaman bu dolayı yolla olsa da ölkədə ət və süd məhsullarının bahalaşmasının qarşısını ala bilər".

Bahalaşmanın miqdarına gəlincə isə ekspert bu cür dəyərləndirmə aparıb.

"Minimum 10 faiz bahalaşma olacaq və bu tədricən baş verəcək. Sonrakı proses isə birbaşa olaraq yemin qiymətindən asılıdır. Bu oktyabr ayından başlayaraq özünü biruzə vrəcək. Çünki hazırda silos da bahalaşıb. Əvvəllər silosun bir bağlamasının qiyməti 3 manat idisə, indi 5 manatdır.

Buna görə də böyük təsərrüfatlarla yanaşı, kiçik təsərrüfat sahibləri də məcburən satdığı ət və süd məhsullarının qiymətini artıracaq. Bunun qarşısını almaq üçün gübrə təminatı ilə əlaqədar hökumət bəzi subsidiyalar tətbiq edə bilər.
Tək ət sektorunda yox, zəruri ərzaq məhsulları sektorunda da tətbiq olunan güzəştlər artmalıdır. Ət və süd məhsullarında idxaldan asılı olduğumuz üçün bahalaşmanın qarşısı ancaq bu yolla alına bilər".


MANŞET XƏBƏRLƏRİ