Azərbaycanda rus dilində danışanların sayı niyə artır...


Azərbaycan 1991-ci ildən müstəqil dövlət olmasına rəğmən ölkəmizdə rus dilində danışanların sayı kiyafət qədər çoxdur.

Bəs buna səbəb nədir? Sovetlər birliyi dağılsa da, bəzi yaşlı insanlar hələ də, rus dilində danışır və övladlarını belə tərbiyələndirir, öyrədir. AzərbaycanGənc ailələr övladılarını təhsil alması üçün rusdilli məktəblərə üstünlük verir. Övladlarının yeni dil öyrənməsi üçün bəs niyə rus dili? İngilis dili dünyanın hər yerində istifadə edildiyinə baxmayaraq bizim ölkədə rus dili aşiqləri hələ də var.

Bakı şəhərində bəzi kafelər, geyim dükanları hətta, bəzi heykəllərin üstündə rus dilində yəni, kiril əlifbası ilə yazılır. Niyə latın əlifbası ilə yazılmır? Niyə paytaxtın mərkəzində rus dilində danışırlar? Buna əsas səbəb hələ də bəzi insanların rus dilinə sevgisidir.

Hələ də, rus mənşəli sözlərdən istifadə edirik. Gənc nəsl öz ana dilindən çox rus dilində danışır. Axı biz Türk dövlətiyik. Niyə valideynlər övladlarına öz ana dilini öyrətməyi ön planda tutmurlar...

Bu düşüncədən qurtulmaq üçün ailələrin yaşlı insanların və gənc ailələrin öz dillərinə daha çox önəm verməsi lazımdır. Övladları və nəvələri ilə Azərbaycan türkçəsində danışmaları oxuduqları məktəbin rus sektoru deyil, Azərbaycan sektoru olması vacibdir.

Əgər Türkdilli dövlətiksə, şüarımız Turandırsa və öz dilimizin söz bazası olduqça genişdirsə, övladlarımızın, gələcək nəsilin öz dilimizə aşiq olaraq öyrənməsi, sevməsi üçün əlimizdən gələni etməliyik.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ