Çin Rusiyadan aldığı qazı baha qiymətə Avropaya satacaq – Şərh


Rusiya qazı Avropaya Çin üzərindən çatdırıla bilər. Bu barədə Qərb mətbuatında məlumatlar dərc olunub.

Turkustan.az- ın məlumatına görə, mövzu ilə bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, ağır qış aylarına hazırlaşan Avropanın mavi yanacağa ehtiyacı var, amma Azərbaycan, Qətər, Əlcəzair, Misir və ABŞ qazı buna kifayət etmir:

"Rusiya Avropaya sata bilmədiyi qazı böyük həcmdə Çinə satmağa çalışır. Ancaq Çin qazı yalnız Rusiyadan almır, Mərkəzi Asiya ölkələrindən də mavi yanacaq idxal edir. Bununla yanaşı, Çin yaxşı pul qazanmağın hiyləgər yolunu da tapıb. Rusiyadan böyük həcmlərdə qazı almalı olan Çin mavi yanacağın bir hissəsini sıxılmış qaz şəklində daha baha qiymətə Avropa ölkələrinə sata bilər".

Ekspert vurğulayıb ki, sanksiyalar fonunda Rusiyanın Çinə qaz nəqlinin həcmi 63 fazi artıb:

"Bu həcmdə qaz Çinə lazım deyil, daxili tələbat onsuz da ödənir. Brüsselin Rusya qazını Çin üzərindən alacağı müzakirə mövzusudur. Hələ ki, bununla bağlı qərar yoxdur. Ancaq əgər Avropa soyuq qış aylarında əlacsız qalarsa, Çin üzərindən Rusiya qazının alışı variantını də nəzərdən keçirəcək. Avropa İttifaqı ABŞ-la İran arasında yeni nüvə sazişinin imzalanmasını da istəyir. Çünki bu halda İrana qarşı sanksiyalar yumşalacaq və Avropa ölkələri İrandan daha çox neft ala biləcək, Tehranla qazın nəqli mövzusunu da müzakirə edəcəklər. Tehran nüvə sazişi ilə bağlı təklfilərini Vaşinqtona Brüsselin vasitəçiliyi ilə göndərib. Brüssel Tehranın yeni təkliflərini müsbət qiymətləndirib,ancaq Vaşinqton qərar verməkdə tələsmir". (sfera.az)


MANŞET XƏBƏRLƏRİ