Korona bitmədən yeni virus panikası: "Sirli xəstəlik"la bağlı XƏBƏRDARLIQ


2 ildən artıqdır ki, koronavirusla mübarizə aparan dünya Argentinadan gələn xəbərlə sarsılıb. Ölkədə pnevmoniyaya bənzəyən müəmmalı xəstəlik yaranıb. Xəstəlik səbəbindən 3 nəfər dünyasını dəyişib. Mövzu ilə bağlı rəsmi açıqlama gəlib.
2019-cu ilin son aylarında həyatımıza daxil olan Koronavirus (Kovid-19) bütün dünyada milyonlarla insanın həyatına son qoyub.

Turkustan.azxəbər verir ki, bir çox vərdişlərimizi geridə qoymağımıza səbəb olan virus, belə demək mümkünsə, qabığını dəyişəsi davam edir.

Bir çox ölkə daha yoluxucu, lakin daha az ölümcül Omicron variantından sonra istirahət etmək qərarına gəlsə də, Argentinadan gələn yeni virus xəbəri epidemiyanı bir daha gündəmə gətirdi.

İngilis İndependent qəzetində yer alan xəbərə görə, Argentinada sirli pnevmoniya görülüb.

Sözügedən xəstəlikdən 3 nəfər dünyasını dəyişib. Səhiyyə rəsmiləri daha 6 nəfərin "mənşəyi məlum olmayan pnevmoniya"ya yoluxduğunu açıqlayıb.

Yeni epidemiya həyəcanı

Ölümlər və ortaya çıxan hallar yeni bir virus epidemiyası ilə bağlı narahatlıqları artırıb.

Səlahiyyətlilər, xəstəliyə tutulan şəxslərdə edilən Covid və qrip testlərinin mənfi çıxdığını vurğulayaraq, bunun yeni bir virusa işarə etdiyini bildiriblər.

SƏHİYYƏ NAZİRİ AÇIQLADI: Nəfəs almaqda çətinlik çəkirlər

Tucuman əyalətinin Səhiyyə Naziri Luis Medina Ruiz, xəstəliyə yoluxan insanların intensiv ağciyər infeksiyaları yaşadıqlarını və nəfəs almaqda çətinlik çəkdiklərini söyləyib.

Sözügedən xəstəlik ölkənin şimal-qərbindəki Tucuman şəhərindəki özəl xəstəxanada müalicə olunan səkkiz tibb işçisində görülüb.

Bildirilir ki, xəstəliyin tibb işçilərində baş verməsi virusun yayılma sürətinin yüksək ola biləcəyini göstərə bilər.

Hazırladı: Eltac Zülfüqaroğlu/Turkustan.az

Mənbə: hurriyet.com.tr


MANŞET XƏBƏRLƏRİ