Baş nazir Borisi polis basqınında görən şübhəli təəccüblənib - VİDEO


Cənubi London bölgəsində polisin narkotik reydi zamanı şübhəli qarşısında İngiltərə baş naziri Boris Consonu görüb. Boris Consonun həmin anları kameraya çəkən gəncə ilk sualı "necəsən?" olub.

Britaniyanın baş naziri Boris Conson dünən yerli vaxtla saat 06:00 radələrində Cənubi London bölgəsində polisin narkotiklərə qarşı keçirdiyi əməliyyata qatılıb.

BORIS VƏ POLİS TƏRƏFİNDƏN NECƏ SAXLANILIDI?

O, basqın zamanı yuxudan oyanan şübhəlinin simasında baş nazir Consonu polislə birlikdə görüb. Şübhəli şəxs həmin anları lentə alıb və sosial şəbəkədə "Boris Conson və polis mənə necə basqın etdi?" mesajı ilə paylaşyıb.

Yerli mətbuata açıqlama verən və sosial media hesablarında Splinter Sales təxəllüsündən istifadə edən şəxs, "Şoka düşdüm. Gecə sərxoş idim, yuxudan oyandım və qarşımda Boris Consonu gördüm. Yuxuda olduğunu düşündüm. " Polisin sözçüsü mətbuata verdiyi açıqlamada əmlakla bağlı heç bir cinayət faktının aşkar edilmədiyini və bu çərçivədə həbs edilmədiyini bildirib.


MANŞET XƏBƏRLƏRİ