"Brüssel görüşünün nəticələrində Azərbaycanın prinsipial mövqeyi görünür" – Aqil Məmmədov


"Brüsseldə Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Rezpublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə əldə edilən bir sıra razılaşmalar Azərbaycanın irəli sürdüyü 5 prinsipə uyğundur".

Bu fikirlərin müəllifi Milli Məclisin deputatı Aqil Məmmədov bildirib ki, tərəflər sülh müqaviləsinin hazırlanması üçün ardıcıl iş aparııması xarici işlər nazirlərinin bu məqsədlə sentyabr ayında görüşməsi haqda razılığa gəliblər. Brüssel görüşünün nəticələrində Azərbaycanın prinsipial mövqeyi görünür: "Görüşdən sonra verilən açıqlamalarda ərazilərin minalardandan təmizlənməsi və itkin düşənlər ilə bağlı məsələlər haqda qeyd olunanlar da vacib məsələlərdir. İşğaldan azad olunmuş ərazilərdə tez-tez mina partlayışlarının şahidi oluruq. Hətta, Ermənistan müharibə cinayətlərini 10 noyabr razılaşmasından sonra da davam etdirib. 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalar, bu gün yeni azad edilən ərazilərdə üzə çıxır. Eyni hərəkətlər Laçın şəhərinin, Zabux və Sus kəndlərinin boşaldılması zamanı da həyata keçirilib. Bu isə istər-istəməz orada aparılan infrastruktur işlərinə, əhalinin qayıdışına, məskunlaşmaya mənfi təsir göstərməkdədir. Avropa İttifaqı minalardan təmizləmə işinə öz töhfəsini vermək niyyətindədir".

A.Məmmədovun sözlərinə görə Brüssel görüşləri də təsdiq etdi ki, münaqişənin həllinə ən çox yardımçı ola biləcək qurum Avropa İttifaqıdır: "Çünki, hər iki tərəf anlaşmanın əldə olunmasında Avr9opa İttifaqına etimad göstərir. Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən səsləndirlən bəyanatda "Qarabağ", "ATƏT-in Minsk qrupu" kimi ifadələr yer almamışdı. Bu da onu deməyə əsas verir ki, artıq "Minsk Qrupu" tarixin arxivinə göndərilib. Hazırda bu missiyanı Avropa İttifaqı etimadlı şəkildə aparır". Millət vəkili bildirir ki, görüşdə müzakirələrin gedişi, elan olunan nəticələr onu deməyə əsas verir ki, Azərbaycan cənab Prezidentin simasında daha bir diplomatik uğura imza atıb".


MANŞET XƏBƏRLƏRİ