“Azərbaycanla Qazaxıstan arasında yeni köpülərin təməli atıldı” – Aqil Məmmədov

“Azərbaycanla Qazaxıstan arasında yeni köpülərin təməli atıldı” – Aqil Məmmədov

“Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevlə Azərbaycana səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşlər, ümumilikdə, bu səfər iki qardaş ölkənin münasibətlərində yeni səhifə kimi qiymətləndirilməlidir”.

Milli Məclisin deputatı Aqil Məmmədov bidirib ki, Qazaxıstan Prezidentinin səfəri bir çox rəsmi səfərlərdən fərqlənib: “Məlumdur ki, bu səfər zamanı “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” qəbul edildi. Bu Bəyannamənin müddəaları onu deməyə əsas verir ki, münasibətlərimiz ciddi bağlar əsasında inkişaf etməkdə davam edəcək. Bu səfərlə Azərbaycanla Qazaxıstan arasında yeni köpülərin təməli atıldı”.

 Prezident İlham Əliyevin qardaş ölkənin ən yüksək ordeni “Altın kıran” - “Qızıl qartal” ordeni ilə təltif edilməsindən danışan A.Məmmədov qeyd edib ki, bu ali mükafat Azərbaycan Prezidentinin təkcə ölkəmiz üçün deyil, Azərbaycan-Qazaxıstan birliyi, həmçinin, Türk dünyasının birliyi üçün gördüyü misilsiz və danılmaz fəaliyyətlərinə görə verilir: “Cənab Tokayev təqdimat zamanı bildirdi ki,

“Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə “Altın kıran” ordenini təqdim etmək istərdim”. Göründüyü ki, Azərbaycanın  44 günlük savaşda qazandığı Zəfər bütün Türk dünyası üçün qürur hadisəsinə çevrilıib.”

Azərbaycan və Qazaxıstanın bütün məsələlər üzrə eyni mövqedən çıxış etdiyini vurğulayan millət vəkil, qeyd edib ki, iki ölkə arasında imzalanmı sənədlərlə bu mövqe eyniliyi daha da möhkəmlənəcək: “Xüsusi qeyd etməyə dəyər ki, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”də Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də öz əksini tapıb. Bu isə Zəngəzur dəhlizinə beynəlxalq dəstəyin daha bir nümunəsidir”.


MANŞET XƏBƏRLƏRİ