Monqolustanda Bilgə Xaqanın atasının külliyyəsi tapıldı


Monqolustanın Ötükən bölgəsinin Xanqay silsiləsində Türk tarixinə işıq tutacaq yeni arxeoloji kəşfə imza atılıb.

Turkustan.az xəbər verir ki, Beynəlxalq Türk Akademiyasının Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutu ilə birgə elmi-arxeoloji ekspedisiyası Kültegin və Bilgə Xaqanın atası, Türk Xaqanlığının qurucusu Kutluq İltəriş Xaqanın yeni külliyyəsini aşkar edib.

Kompleksdə tapılan yeni daş kitabə üzərində türk və soğd dillərində mətnlər yer alıb.

"Ətraflı məlumat 24 avqustda Ulan-Batorda keçirəcəyimiz mətbuat konfransında açıqlanacaq!",-deyə Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli bildirib.


MANŞET XƏBƏRLƏRİ