Laçındakı yanğınlar - erməni vandalizminin son çırpıntılar


Ermənilərin Laçında meşələri yandırması, flora və faunamıza qarşı törətdiyi vandallıq əslində bu toplumun mahiyyətini ifadə edir. Ona qucaq açan qonşusunun torpaqlarına öncə sahib çıxan, sonra daha çox ərazi tələb edən və heç zaman yaşamadığı torpaqları uzun illər işğalda saxlayan, etnik təmizləmə siyasəti aparan, monoetnik dövlət yaradan və xalqdan çox terror təşkilatını xatırladan bir toplumun nümayəndələrinin belə davranışı gözləniləndir.

Şübhəsiz ki, milliyətindən asılı olmayaraq bütün cinayətkarların cəzalandırılması vacibdir. Əgər zamanında Qarabağda separatçılığa başlayan ermənilər törətməyə başladıqları cinayətlərə görə cəza alsaydı yəqin ki, ötən 30 ildəki faciə və iztirablara düçar olmayacaqdıq.

İşğal dövründə qanunsuz şəkildə Laçın şəhərində və Zabıx kəndində məskunlaşdırılan Livan və digər mənşəli ermənilərin siyahısı məlumdur. Onların bir çoxunun foto və video görüntüləri də var.

İnanıram ki, müvafiq orqanlarımız onlarla bağlı hüquqi qərarlar qəbul edəcək və bu vəhşilər etdikləri cinayətə görə ən azı davamlı təqib olunacaqlar.

Bəlkə də kiməsə qəribə gələ bilər. Amma mən düşünürəm ki, ermənilərin Laçında törətdikləri yanğınlara həm də müsbət mənada baxmaq lazımdır. Bu barbar və vəhşi toplumun nümayəndələrindən olan Tonoyan xatırlayırsınızsa Vətən müharibəsindən az öncə "Yeni müharibə - yeni ərazilər" safsatası ilə çıxış edərək sinirlərimizi gərginləşdirməyə çalışırdi. Torpaqlarımızı işğaldan azad etməklə bağlı xalq və dövlət olaraq birmənalı vahid mövqeyə və qətiyyətə sahib olsaq da hadisələrin gələcək ssenarisi az sayda ali dövlət rəhbərliyi və hərbi komandanlıq istisna olmaqla heç kimə məlum deyildi. Nəticə isə hamımıza məlumdur... Son iki ilədək Beyləqandakı Haramı düzünün az qala bir neçə kilometrliyində dayanan erməni qoşunlarının məğlub və əzik səsi bu gün Basarkeçərin, Qarakilsənin, Gorus və Qafanın ərazisindən gəlir. Amma ordada daima qala biləcəklərindən əmin deyillər...

Bizi paytaxtımıza tanklarla girəcəkləri ilə hədələyənlərin gücü və imkanları qəhrəman Azərbaycan əsgər və zabitlərinin sayəsində o qədər tükənib ki, bu gün onlar miskin şəkildə acıqlarını dilsiz heyvan və bitkilərdən çıxırlar. İlahi nizam əlbəttə ki, bu vəhşiliyi cavabsız buraxmayacaq, erməniliklərinin bədələni gec və ya tez ödəyəcəklər. Ona görə də bu vəhşiliyi yerli və beynəlxalq platformalarda ifşa etməklə yanaşı ümumilikdə baş verən hadisəyə o qədər də üzülməməliyik. Tendensiyanın bizim xeyrimizə doğru necə dəyişməsinə diqqət yetirməliyik. Çünki az müddət sonra Laçına, Susa, Zabıxa (sonra da mərhələli qaydada digər torpaqlarımıza) qovuşacağıq.

O ərazilər quruca daşı, torpağı ilə də misilsiz dəyərə malikdir. Çünki bizim üçün Xankəndi, Xocalı, Xocavənd kimi Laçın da Vətəndir! Bir gün qaçıb gedəcəyimiz müvəqqəti məskunlaşdığımız özgə torpağı yox, doğma Vətən!

Bu gün qarşımızda torpaqlarımızı addım-addım tərk etməyə məcbur etdiyimiz düşmənin kəsici dişlərini yox, sadəcə ölümqabağı çırpıntılarını görürük. Biz səbirlə və əzmlə üzü Qərbi Zəngəzura və Göyçəyə doğru addımlayırıq. Bütün bu proseslərin fonunda isə ermənilərin törətdiyi meşə yanğınları çox aciz, vəhşi və nəticəsiz addım təsiri bağışlayır.


MANŞET XƏBƏRLƏRİ