Çində yeni virus tapıldı: Langya gəlir!


Təxminən üç il sonra Çində heyvandan insana keçən virus yenidən aşkarlanıb. Tədqiqatlar nəticəsində Langyanın insanlar arasında yayılmasına rastlanmayıb. Amma ola bilsin ki, koronavirus epidemiyası bu şəkildə başlayıb. Mütəxəssislər mutasiyaya uğrama ehtimalı olan virusun nəzarət altına alınmasa, yayıla biləcəyi qənaətindədir.

Turkustan.az xəbər verir ki, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunun ortaya çıxmasından üç ildən az bir müddət sonra heyvanlardan insanlara yayılan başqa bir virus gündəmdədir.

Çinin Langya şəhərində ortaya çıxan virus öz adını bu məkandan götürüb.

Langyanın zoonatik növ olduğu, yəni heyvanlar tərəfindən yayılan mikrobların insanlara keçməsi nəticəsində ortaya çıxdığı müəyyən edilib.

Koronavirus epidemiyasında bir çox heyvanın da adı çəkilsə də, lakin yarasalarla bağlı ehtimal üstünlük təşkil etdi. Langyanın isə hələlik farelər vasitəsilə yayıldığı təxmin edilir. /Yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ