Android istifadəçiləri təhlükədə: Telefondan məlumatıları götürən 35 zərərli proqram aşkarlanıb- SİYAHI


Mobil telefonlarda Android əməliyyat sisteminin istifadəçilərini hədəf alan 35 zərərli proqram müəyyən edilib. Telefona yükləndikdən sonra ikona və ad dəyişdirilərək cihazda gizlənən bu proqramlar zərərli proqramlar vasitəsilə istifadəçilərin məlumatlarını kopyalayır.

Turkustan.az xəbər verir ki, təhlükəsizlik tədqiqatçılarının təhlilindən sonra Google Play Store-da təhlükəli proqramlar ortaya çıxıb. Bildirilib ki, xəritələrdən tutmuş foto redaktəyə qədər müxtəlif kateqoriyalarda olan bu Android proqramları şəxsi məlumatları oğurlayır, həmçinin cihazlara zərərli proqramlar quraşdırır.

35 TƏTBİQ MÜƏYYƏN OLUNUB

Google Play Store Android istifadəçiləri üçün rəsmi proqramlar mağazası olsa da, Google-un təhlükəsizlik şəbəkəsindən qaçmağı bacaran onlarla proqram var. Bitdefender təhlükəsizlik araşdırması şirkətinin son təhlili 35 təhlükəli Android proqramı aşkar edib.

TƏHLÜKƏLİ TƏTBİQLƏR 2 MİLYON İNSAN YÜKLƏDİ

Məlumata görə, Play Store-da təhlükəli proqramlar 2 milyondan çox istifadəçi tərəfindən yüklənib. Araşdırmadan sonra Google ilə əlaqə saxladıqlarını ifadə edən təhlükəsizlik mütəxəssisləri hələ də Android istifadəçilərini xəbərdar etməyi laqeyd qoymurlar.

Diqqət etməli olduğunuz Android üçün təhlükəli proqramlar bunlardır:

Walls light – Wallpapers Pack

Big Emoji – Keyboard

Grad Wallpapers – 3D Backdrops

Engine Wallpapers – Live & 3D

Stock Wallpapers – 4K & HD

EffectMania – Photo Editor

Art Filter – Deep Photoeffect

Fast Emoji Keyboard

Create Sticker for Whatsapp

Math Solver – Camera Helper

Photopix Effects – Art Filter

Led Theme – Colorful Keyboard

Keyboard – Fun Emoji, Sticker

Smart Wifi

My GPS Location

Image Warp Camera

Art Girls Wallpaper HD

Cat Simulator

Smart QR Creator

Colorize Old Photo

GPS Location Finder

Girls Art Wallpaper

Smart QR Scanner

GPS Location Maps

Volume Control

Secret Horoscope

Smart GPS Location

Animated Sticker Master

Personality Charging Show

Sleep Sounds

QR Creator

Media Volume Slider

Secret Astrology

Colorize Photos

Phi 4K Wallpaper – Anime HD

TELEFONU QORUMAQ ÜÇÜN NƏ ETMƏLİYİK?

Android və iOS istifadəçilərinin özlərini zərərli proqram təhlükəsindən qorumaq üçün cəhd edə biləcəkləri bəzi üsullar var. Məsələn, yükləmələrin və rəylərin sayını, tətbiqlərin nəzərdən keçirilməsini müqayisə edin. Əgər siz çox yüklənmiş, lakin heç bir rəy almamış proqram görsəniz, bu barədə Play Store/App Store-a məlumat verə bilərsiniz.

Hazırladı: Eltac Zülüfqaroğlu/Turkustan.az

Mənbə: haberler.com


MANŞET XƏBƏRLƏRİ