Əfsanəvi canlı yenidən həyata qaytarılır – Fantastik layihə


1930-cu illərdə nəsli kəsilmiş Tasmaniya pələngini həyata qaytarmaq üçün milyon dollarlıq layihəyə start verilib.

Turkustan.azxəbər verir ki, Avstraliya və ABŞ-dan olan tədqiqatçılar kök hüceyrələr və gen bərpa texnologiyasından istifadə edərək ətyeyən Tasmaniya pələnglərinin həyata qaytarıla biləcəyini açıqlayıblar.

Sözügedən layihədə yaşayan kisəli heyvanlardan oxşar kök hüceyrələri alınaraq nəsli kəsilmiş və ya kəsilməkdə olan canlıları həyata qaytarmaq üçün gen bərpa texnologiyasından istifadə edilməsi planlaşdırılır.

Melbörn Universitetindən araşdırmaya rəhbərlik edən professor Endryu Pask 10 il sonra ilk Tasmaniya balasını əldə edə biləcəklərini söyləyib.

Elm adamları bu layihəni həyata keçirə bilsələr, bu, nəsli kəsilmiş canlıları həyata qaytarmaq baxımından ilk tarixi hadisə olacaq.

Bəzi elm adamları isə bunu "elmi fantastika" adlandıraraq, layihəyə şübhə ilə yanaşırlar.

Avstraliya Qədim DNT Mərkəzinin elm adamı Ceremi Ostin nəsli kəsilmiş heyvanların həyata qaytarılmasının mif olduğunu və bu layihənin elmlə heç bir əlaqəsinin olmadığını, əksinə medianın diqqətini cəlb etmək olduğunu iddia edib.

Tasmaniya pələngi adlanan böyük kisəli canlıların sonuncu nümayəndəsi 1930-cu illərdə ölüb. /teleqraf.com/


MANŞET XƏBƏRLƏRİ