Çilənay Hüseynova Macarıstanda Turan Qurultayında oxudu - VİDEOLAR


Məlum olduğu kimi Macarıstanın Buğac bölgəsində 12-14 avqust tarixlərində Avropada ən böyük ənənəvi tədbirlərdən sayılan, 27 türk xalqının iştirak etdiyi təntənəli VII Hun – Türk Qurultayı keçirilib.

Qurultayda Azərbaycan Azərbaycanın əməkdar artistləri Nuriyyə Hüseynova, Qoçaq Əsgərov, ifaçı-bəstəkar Çilənay Hüseynova, Kamran Kərimov, tanınmış tarzən Arslan Növrəsli, kamança ustası Elnur Mikayılov və "Odlar Yurdu" rəqs qrupu - Nigar Şahmuradova, Röya Əliyeva, Aysel Cigerxanova, Anar Məmmədov, Gülməmməd Şahverdiyev Qurultayda iştirak edib.

Qurultayda ilk dəfə iştirak edən ifaçı-bəstəkar Çilənay Hüseynova təəssüratlarını Turkustan.az-a bölüşüb. Dünya Musiqi Xəzinəsinin İncisi Muğam İctimai Birliyinin üzvü kimi Qurultaya qatıldığını deyən Çilənay xanım Macar Turan Fondunun rəhbəri Andras Biroya dəvətə görə təşəkkürünü bildirib.

Onun sözlərinə görə əsl musiqi, sənət, folklor bayramı olan Turan Qurultayı Türk xalqlarının yaxınlaşmasında, bir-birini tanımasında ciddi təsirə malikdir: "Avropa məkanında milli mədəniyyəti təmsil və təbliğ etmək bizim üçün böyük qürurdur. Bu dəfəki Qurultay da mən də milli ruhlu musiqilərlə Vətənimizi təmsil etdim"

Ç.Hüseynova Azərbaycana, onun mədəniyyətinə, musiqisinə xüsusi marağın olduğuun da vurğuladı.

Çilənay xanımın qurultaydakı ifalarını təqdim edirik:

Könül / Turkustan.az

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ