Çin ordusu qüvvələrinin bir hissəsini Rusiyaya göndərəcək


Çin Xalq Azadlıq Ordusunun əsgərləri Rusiyada keçiriləcək "Vostok-2022" təlimində iştirak edəcək.

Turkustan.azxəbər verir ki, bu barədə Çinin Müdafiə Nazirliyi məlumat yayıb.

"İki ölkənin silahlı qüvvələri arasında illik əməkdaşlıq planına və tərəflərin razılaşmalarına əsasən, Çin ordusu tezliklə "Vostok-2022″ təlimlərində iştirak etmək üçün qüvvələrin bir hissəsini Rusiyaya ayıracaq və göndərəcək", – nazirlik bildirib.

Avqustun 30-dan sentyabrın 5-dək Şərq Hərbi Dairəsinin qoşunları "Vostok-2022" strateji komanda-qərargah təlimi keçirəcək. Manevrlər Şərq Hərbi Dairəsinin 13 poliqonunu əhatə edəcək, onlar həmçinin Hava-Desant Qoşunlarının, Uzaqmənzilli və Hərbi Nəqliyyat Aviasiyasının qoşunları, eləcə də xarici hərbçilərin iştirakı ilə keçiriləcək. /yenicag.az/


MANŞET XƏBƏRLƏRİ