İran kəşfiyyatı azərbaycanlı yazıçını oğurladı


İranın Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Tehranda yaşayan azərbaycanlı yazıçı Yaqub Əhmədvəndi (Ayrılmaz) həbs edib.

Turkustan.az xəbər verir ki, onlar yazıçını naməlum istiqamətdə aparıblar.

Hökumət qüvvələri yazıçının mənzilində axtarış da aparıb. Yaqub Əhmədvəndə məxsus şəxsi əşyalar və əlyazmaları müsadirə edərək, özləri ilə aparıblar.

Yazıçının həbsinin səbəbləri barədə məlumat əldə etmək mümkün olmayıb. (bakupost.az)


MANŞET XƏBƏRLƏRİ